Meksikanın Sakit okean sahillərində daha təsirli olması və ABŞ-nin Kaliforniya əyalətinin cənubunda tropik fırtınaya çevrilməsi ehtimal olunan Hilari qasırğasının kateqoriyasının 4-ə yüksəldildiyi bildirilib.
Hilari qasırğası Meksika sahillərində böyüyüb və bu səhər ərazidə küləyin sürəti saatda 140 milə çatıb.
Qeyd edilib ki, qasırğanın şənbə günü axşam saatlarında Meksikanın Aşağı Kaliforniya yarımadasına çatacağı proqnozlaşdırılır.
Qasırğanın Kaliforniyanın cənubunda güclü külək və leysan yağışlarına səbəb olacağı da istisna edilmir.
Milli Meteoroloji Xidmətin məlumatına görə, 1939-cu il sentyabrın 25-dən Cənubi Kaliforniyada tropik qasırğa yaşanmayıb.
Tehsil-press.az