ABŞ-ın şərq sahillərində güclü qasırğa iki nəfərin ölümünə səbəb olub

ABŞ-ın şərq sahillərində güclü qasırğa iki nəfərin ölümünə səbəb olub ABŞ-ın şərq sahillərində baş verən güclü qasırğa nəticəsində iki nəfər ölüb, yüz minlərlə insan işıqsız qalıb.
Təbii fəlakətin qurbanları Alabama ştatında 28 yaşlı kişi və Cənubi Karolinada 15 yaşlı yeniyetmədir.
Ölkənin cənub və şərqinin çox hissəsində 900 mindən çox ev və müəssisənin elektrik enerji ilə təminatı kəsilib. Həmçinin Nyu-York, Kolumbiya dairəsi və Corciyada mindən çox aviareysin ləğv edildiyi bildirilib.

Tehsil-press.az



Oxşar xəbərlər