Baham adalarının şimal hissəsində “Dorian” qasırğası nəticəsində 8 yaşlı uşaq dünyasını dəyişib.
Hadisə Abako adasında qeydə alınıb.
Ananın sözlərinə görə, oğlu Laçino Mkintoş qasırğanın qurbanı olub. Əgər uşağın ölümü təsdiqlənərsə, o zaman o, “Dorian” qasırğası nəticəsində həlak olan ilk şəxs hesab olunacaq.
Laçinonun bacısı isə itkin düşüb. Onun taleyindən xəbər yoxdur.
Qırmızı Xaç Beynəlxalq Komitəsinin açıqlamasına görə, “Dorian” Böyük Baham və Abako adalarında təxminən 13 min yaşayış binasının dağılmasına səbəb olub. Qasırğanın ilk zərbəsinin qurbanlarına yardım üçün 252 min dollar ayrılıb.
Qeyd edək ki, qasırğaya görə Corciya, Cənubi Karolina və Florida ştatlarında fövqəladə vəziyyət elan edilib.
Tehsil-press.az