Hesabı ödəməyən turistlərin borcunu Baş nazir ödədi

Hesabı ödəməyən turistlərin borcunu Baş nazir ödədi Albaniyanın Berat şəhərindəki restoranda hesabı ödəmədən tərk edən bir qrup italiyalı turistin hesabını İtaliyanın Baş naziri Giorgia Meloni ödəyib.
Hadisə Baş nazir Meloninin Albaniyada tətildə olduğu vaxtda baş verib.
İtaliyanın Tiranadakı səfirliyindən verilən açıqlamada Meloninin göstərişi ilə Beratdakı restorandan hesabı ödəmədən çıxan italyan turistlərin təxminən 80 avroluq hesabı ödədiyi bildirilib.
“İtalyanlar qaydalara hörmətlə yanaşır və borclarını ödəyirlər. Ümid edirik ki, belə hadisələr bir daha təkrarlanmayacaq”, - açıqlamada qeyd olunub.

Tehsil-press.az




Oxşar xəbərlər