Kəlbəcərdə iki Türkiyə vətəndaşı öldü

Kəlbəcərdə iki Türkiyə vətəndaşı öldü Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Yük maşını dərəyə aşıb.
Nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Ölənlər ərazidə çalışan Türkiyə vətəndaşlarıdır.
***
Yolun Ömər aşırımı adlanan hissəsində qeydə alınan qəzada ölənlərin kimliyi məlum olub.
"Mitsubishi" markalı maşının dərəyə aşması nəticəsində Türkiyə vətəndaşları 1977-ci il təvvəllüdlü İ.Cörgülüoğlu,1995-ci il təvəllüdlü S.Çelik hadisə yerində ölüblər. 1993-cü il təvəllüdlü M.Okumuş isə xəsarət alıb.
Qeyd edək ki, dərəyə aşan avtomobil Kəlbəcərə fəaliyyət göstərən şirkətlərdən birinə məxsusdur.
Faktla bağlı araşdırma aparılır.

Tehsil-press.az


Oxşar xəbərlər