Hakan Fidan: Taxıl sazişinin bərpası Türkiyənin prioritet məsələsidir

Hakan Fidan: Taxıl sazişinin bərpası Türkiyənin prioritet məsələsidir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan taxıl sazişinin bərpası üzərində işləyir. İndi bu, ölkə üçün prioritet məsələlərdən biridir.
Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Kiyevdə ukraynalı həmkarı Dmitri Kuleba ilə birgə mətbuat konfransında məlumat verib.
"Türkiyə üçün bu təşəbbüsün bərpası prioritet məsələdir. Bu, dünyanın ərzaq təhlükəsizliyi üçün böyük əhəmiyyət kəsb edir. Prezidentimiz bu məsələ üzərində sistemli şəkildə işləyir. Gərgin görüşlər davam edir. Bu məsələ ilə bağlı müxtəlif tərəflər arasında fikir mübadiləsi aparılıb”, - deyə Hakan Fidan vurğulayıb.
Onun sözlərinə görə, Türkiyənin taxıl müqaviləsinin uzadılması istiqamətində səyləri davam edəcək. Nazir ümid edir ki, ölkə bu məsələdə uğurlu nəticə əldə edə biləcək.
Öz növbəsində Dmitri Kuleba qeyd edib ki, Ukraynanın taxıl müqaviləsinin uzadılması ilə bağlı mövqeyi konstruktivdir, lakin ölkəsi güzəştləri nəzərdən keçirmir.
"Biz alternativ marşrutlar üzərində işləyirik və bu, yerinə yetirilməli olan bir işdir. Amma obyektiv desək, Qara dəniz marşrutunun işləməsi bütün nöqteyi-nəzərdən ən yaxşı həll yoludur. Biz taxılın daşınmasını xeyli genişləndirə biləcəyik, lakin Qara dənizin blokadasına son qoyulmalıdır”, - deyə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri əlavə edib.

Tehsil-press.az



Oxşar xəbərlər