Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malazqirt Zəfərinin 952-ci ildönümü ilə bağlı mərasimdəki çıxışında türklərin bu şanlı qələbəsinin əhəmiyyətindən bəhs edib.
Türkiyənin dövlət başçısı məhz qəhrəman şəhidlərin, qazilərin sayəsində Anadolu torpaqlarının türklər üçün Vətənə çevrildiyini, bugünkü dövlətin ərazisinin Sultan Alparslanın ordusunun hər bir əsgərinin əmanəti olduğunu deyib. O əlavə edib ki, Türkiyə vətəndaşı olan bütün millətlərin nümayəndələri bu torpaqları qanının son damlasına qədər müdafiə etmək əzmindədir.
Malazqirtin adi bir Zəfər olmadığını bildirən Türkiyənin dövlət başçısı vurğulayıb: “Biz Anadoluya Malazqirt Zəfəri ilə ayaq basmadıq. Zatən çox əvvəldən burada yaşayırdıq. Lakin bu Zəfər Anadoluda siyasi hökmranlığımızın qapılarını açdı, Səlcuqlu dövlətinin qurulmasını təmin edərək Səlib yürüşlərinə böyük zərbə vurdu. Bunun ardından eyni inancla, Osmanlının uğurlu mübarizəsi ilə Balkanlar və İstanbulun fəthinə nail olundu. Bizi Vyana qapılarına aparan qələbələr silsiləsinin sıfır nöqtəsi də buradan başlayıb.
Əcdadlara vəfamızı göstərməyə çalışırıq deyən Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, dünən səfər etdiyi Əhlət türklərin ata coğrafiyasının rəmzi şəhəri olan Buxaraya qədər uzanan mədəniyyətin simvoludur. O əlavə edib ki, Yavuz Sultan Səlim, Fatih Sultan Mehmet və Qazi Mustafa Kamal kimi böyük şəxsiyyətlər Səlcuqlu dövlətindən Osmanlıya, oradan isə Cümhuriyyətə doğru güclü mübarizənin önündə olublar. “Bizim Anadoluda yaşamağımızı istəməyənlərin tək dərdi demokratiya, bərabərlik dəyərlərini istismar edərək ölkəmizi parçalamaq, qədimdən inşa edilmiş dostluq və qardaşlıq körpüsünü dağıtmaqdır. Lakin onların arzuları ürəklərində qalacaq, çünki bu meydandan tək millət, tək bayraq, tək Vətən, tək dövlət səsləri yüksəlir”.
Tehsil-press.az