Rusiyanın Primorye diyarında daşqınla bağlı federal səviyyəli fövqəladə vəziyyət elan olunub.
Güclü leysan nəticəsində diyarın mərkəzi şəhəri Vladivostokda və digər yaşayış məntəqələrində 5 mindən çox ev, yollar və təsərrüfatlar su altında qalıb. İlkin hesablamalara görə, diyara 7 milyard rubldan çox ziyan dəyib. Primoryenin qubernatoru Oleq Kojemyako təbii fəlakətlə əlaqədar təhsil müəssisələrinə dərs ilinin başlanğıcını daha uyğun vaxta keçirməyi tapşırıb.
Qeyd edək ki, avqustun 15-dən Primorsk diyarı “Xanun” qasırğası səbəbindən daşqınlara məruz qalıb, 5 nəfər həlak olub, 2500-dən çox adam təxliyə edilib.
Tehsil-press.az