Tramp Şimali Karolinada fövqəladə vəziyyət rejimi elan edib

Tramp Şimali Karolinada fövqəladə vəziyyət rejimi elan edib ABŞ prezidenti Donald Tramp ölkənin Şimali Karolina ştatında "İsaya" qasırğası səbəbilə fövqəladə vəziyyət rejimi elan edib.
Bu barədə Ağ Evin press-relizində deyilir. ABŞ prezidenti ştat səviyyəsində görülən tədbirlərdən əlavə olaraq federal yardımın göstərilməsini tapşırıb.
Xatırladaq ki, daha əvvəl "İsaya" qasırğası səbəbilə Florida ştatında da fövqəladə vəziyyət rejimi elan edilmişdi.

Tehsil-press.az

Oxşar xəbərlər