
Bu haqda Pəncab Xilasetmə sözçüsü Diba Şahnaz açıqlama yayıb.
Onun sözlərinə görə, iyulun 9-dan bəri şimaldakı Kasur, Pakpattan, Vehari, Bahavalnaqar, Lodhran, Multan və Bahavalpur bölgələrindən 100 mindən çox insan təxliyə edilib.
Sözçü, iyulun 9-dan bəri baş verən daşqınlar nəticəsində 17 nəfərin öldüyünü, 36 nəfərin yaralandığını açıqlayıb.
Tehsil-press.az