Bu ölkədə musson yağışları nəticəsində ölənlərin sayı 1000-ə çatdı

Bu ölkədə musson yağışları nəticəsində ölənlərin sayı 1000-ə çatdı Pakistanda iyunun 14-dən bəri davam edən musson yağışları nəticəsində 777 nəfər həyatını itirib.
Bu haqda Pakistan Milli Fəlakətlərin İdarə Olunması Agentliyi məlumat yayıb.
Məlumata görə, leysan yağışların səbəb olduğu daşqınlardan 1,8 milyon insan zərər çəkib.
Bəlucistan, Pəncab və Sind əyalətlərinin kənd yerlərində yardım və tibbi müdaxilə düşərgələri yaradılıb. Hazırda yaradılan yardım düşərgələrində 317 min 678 nəfər yaşayır.
Ölkə boyu dağılmış körpülər və su basmış yollarla birlikdə 60 mindən çox evə ziyan dəyib.
***
Pakistanda seldən ölənlərin sayı 937 nəfərə çatıb, 1343 nəfər xəsarət alıb. Ölkə üzrə 39 mindən çox ev tamamilə dağılıb. Daşqınlardan ümumilikdə 670 minə yaxın ev ziyan görüb.

Tehsil-press.az


Oxşar xəbərlər