Koreyada leysanın səbəb olduğu torpaq sürüşmələri və daşqınlar nəticəsində azı yeddi nəfər ölüb, üçü itkin düşüb. Bütün ölkə üzrə 1,5 mindən çox insan müvəqqəti dislokasiya məntəqələrində yerləşdirilib. Çxunçxon-Pukto əyalətində 6,4 mindən çox sakin təxliyə edilib. Rəsmi məlumata görə, iyulun 13-dən bir neçə regionda 400 mm-dən çox yağıntı olub.