Çin əlvan metalların istehsalını 5 faiz artırmaq niyyətindədir

Çin əlvan metalların istehsalını 5 faiz artırmaq niyyətindədir Çin əlvan metalların istehsalının sabit artım tempini saxlamaq niyyətindədir. 2023-2024-cü illərdə ölkədə əlvan metalın hasilatının təxminən 5 faiz artacağı gözlənilir.
Bu ilin yanvar-iyul aylarında ölkədə istehsalın həcmi 42,32 milyon ton təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz çoxdur. Ötən ay da daxil olmaqla, hasilat 4,2 faiz artaraq, 6,03 milyon tona çatıb.
Bu ilin yeddi ayı ərzində ilkin alüminium istehsalı 23,62 milyon ton təşkil edib ki, bu da 2022-ci ilin eyni dövrünün həcmindən 2,8 faiz çoxdur. O cümlədən, iyulda 3,48 milyon ton metal istehsal olunub ki, bu, ötən illə müqayisədə 1,5 faiz yüksəkdir.
Əsas əlvan metallara mis, alüminium, qurğuşun, sink, nikel, qalay, sürmə, civə, maqnezium və titan daxildir. 2022-ci ilin sonunda onların istehsalı 4,3 faiz artaraq rekord həddə - 67,74 milyon tona çatıb.

Tehsil-press.az


Oxşar xəbərlər