Azərbaycan bu il 25 milyon tondan çox neft ixrac edib

Azərbaycan bu il 25 milyon tondan çox neft ixrac edib 2021-ci il yanvar-noyabr aylarında Azərbaycan 25,537 milyon tona yaxın neft ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz azdır.
Azərbaycan hesabat dövründə 12,285 milyard dollar məbləğində neft ixrac edib. Bu, ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 37,46 faiz çoxdur.
Həmin dövr ərzində Azərbaycan 1,228 milyon ton həcmində neft məhsulu da ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23,5 faiz çoxdur.

Tehsil-press.az


Oxşar xəbərlər