Avropa İttifaqında istixana qazı emissiyası azalır

Avropa İttifaqında istixana qazı emissiyası azalır Cari ilin birinci rübündə Avropa İttifaqı ölkələrində iqtisadi fəaliyyət nəticəsində istixana qazı tullantıları 6,5 faiz azalıb.
Bu barədə Avropa Komissiyasının Ətraf Mühitin Qorunması Bürosu Avropa Statistika Agentliyinin hesabatına istinadla məlumat verir.
İstixana qazı tullantıları ən çox Bolqarıstanda (15,2 faiz) azalıb. Avropa İttifaqının digər altı üzv-dövlətində onlar artıb, həm də ən böyük artım (9,1faiz) İrlandiyada qeydə alınıb.
Regional müqayisədə istixana qazı tullantıları Sloveniyada – 9,5 faiz, Çexiyada – 6,6 faiz, Polşada – 5,1 faiz, Rumıniyada – 4,6 faiz azalıb, lakin Slovakiyada onlar 1,9 faiz artıb.

Tehsil-press.az

Oxşar xəbərlər