Yunanıstanda atışma nəticəsində 6 nəfər ölüb

Yunanıstanda atışma nəticəsində 6 nəfər ölüb Yunanıstanın paytaxtı Afinanın yaxınlığında yerləşən Artemida şəhərində atışma baş verib.
Hadisə zamanı 6 nəfərin öldüyü bildirilir.
Nəşrin məlumatına görə, naməlum şəxs və ya bir qrup şəxs alman nömrəli avtomobilə atəş açıb. Ölənlərdən 5-i avtomobildə, digəri isə küçədə olub.
“Associated Press”in məlumatına görə, hücum cinayətkar qruplar arasında münaqişələrlə bağlı ola bilər.
Polisin hadisə ilə bağlı araşdırma apardığı qeyd edilir.

Tehsil-press.az


Oxşar xəbərlər