Almaniyada atışma törədən şəxs evində ölü tapıldı

Almaniyada atışma törədən şəxs evində ölü tapıldı Almaniyanın Hanau şəhərində atışmada səkkiz nəfər dünyasını dəyişib. Bu barədə “Bild” xəbər verib.
Prokurorluqda azı 2 nəfərin öldüyünü təsdiqləyiblər. Öz növbəsində, polis daha beş nəfərin ağır yaralandığını bildirilib.
Naməlum şəxs iki yerli qəlyanxanada atəş açıblar. Mənbənin məlumatına görə, əvvəlcə hücum edən şəxs şəhərin mərkəzindəki qəlyanxanada üç nəfəri, daha sonra Kesselştadi rayonundakı obyektdə beş nəfəri güllələyib.
Hücum edən şəxslər hələ tapılmayıb.
**
Hanau şəhərinin polisi atışma nəticəsində səkkiz nəfərin öldüyünü təsdiqləyib.
Bu barədə "TASS" xəbər verib.
**
Hanau şəhərində atışma törətməkdə şübhəli bilinən şəxs evində ölü tapılıb. Bu barədə “RİA Novosti” yerli polisə istinadən xəbər verib.
Ehtimal olunan cinayətkarın yanında daha bir cəsəd tapılıb.
İstintaq davam etdirilir.

Tehsil-press.az



Oxşar xəbərlər