Hindistanın cənubundakı Kerala əyalətində iki nəfər Nipah virusundan ölüb.
Əyalətə kömək etmək və virusun yayılmasını araşdırmaq üçün bölgəyə ekspertlər göndərilib.
Keraladan virusa yoluxduğu güman edilən dörd nəfərdən götürülən nümunələrin sınaq üçün Pune əyalətinin Milli Virusologiya İnstitutuna göndərildiyi bildirilib.
Qeyd edək ki, Nipah virusuna yoluxmuş şəxslərdə simptomlar dərhal görünməsə də, qızdırma, baş, boğaz və əzələlərdə ağrı kimi qripə bənzər bir vəziyyət inkişaf edə bilər. Növbəti mərhələdə başgicəllənmə, yorğunluq, şüurun dəyişməsi baş verə bilər.
Həm heyvanlarda, həm də insanlarda xəstəliyə səbəb olan viral infeksiya olan Nipah virusu ilk dəfə Malayziyanın Nipah bölgəsində epidemiya ilə başlayıb.
Tehsil-press.az