Yaxın 100 ildə bu xərçəng növü yoxa çıxacaq - ALİMLƏR

Yaxın 100 ildə bu xərçəng növü yoxa çıxacaq - ALİMLƏR Son illər qadınlarda çox aşkar olunun uşaqlıq boynunun xərçəngi (papiloma virusundan qaynaqlanan) azalmağa doğru gedir və 100 il ərzində tam itə bilər. Buna səbəb bütün dünyada artıq qızların və qadınların kütləvi olaraq bu virusa qarşı peyvənd olunmasıdır.
Ümidverici proqnozu Kanada Universitetinin alimləri verib.
HPV virusunun nəticəsində yaranan bu xərçəngin kökünü kəsmək üçün 9 və 14 yaşında qızlar vaksinasiya olunmalıdırlar.
Belə ki, ilk cinsi əlaqə dövrünə kimi bu virusa qarşı peyvənd olunmalıdır. Belə olan halda cinsi parntyordan, kişidən papiloma virusu keçsə də, artıq bu təhlükəli olmayacaq.
Eləcə də 45 yaşından yuxarı qadınların ildə bir dəfə uşaqlıq boynunun analiz və müayinəsindən keçməsi məcburi müayinələrə daxil olunmalıdır.
Uşaqlıq boynunda xərçəngönü vəziyyət vaxtında aşkarlandıqda, qadınları xilas etmək mümkündür.

Tehsil-press.az

Oxşar xəbərlər