Hindistanın Uttar-Pradeş ştatında naməlum virus səbəbindən ötən həftə 68 nəfər ölüb.
Bu barədə məlumatı Hindistanın Səhiyyə Nazirliyi yayıb. Bildirilir ki, vəfat edənlərin 40-ı uşaqlar olub və onların 12-si son sutka ərzində dünyasını dəyişib.
Xəstəliyə yoluxmuş şəxslərin əksəriyyətində yüksək temperatur, bədəndə suyun və qanda trombositlərin səviyyəsinin enməsi halları müşahidə edilib. Digərlərində isə denq qızdırmasına bənzəyən yüksək temperatur, güclü baş ağrısı, əzələlərdə ağrı, ürəkbulanma və limfa düyünlərinin artması kimi əlamətlər aşkarlanıb.
Açıqlamada qeyd olunur ki, leysan yağışları səbəbindən nəmişlik səviyyəsinin və temperaturun yüksək olması bu regionları qansoran həşəratlar vasitəsilə çoxalan infeksion xəstəliklərin yayılması üçün ideal məkana çevirir.
Tehsil-press.az