Zelenski Baydenlə görüşə bilər

Zelenski Baydenlə görüşə bilər Ukrayna Prezidenti Volodimir Zelenski gələn həftə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası üçün ABŞ-yə gedərkən ölkə başçısı Co Baydenlə görüşməyi planlaşdırır.
Bu barədə NBC kanalı yüksək vəzifəli ukraynalı məmura istinadən məlumat yayıb.
“Volodimir Zelenski gələn həftə Nyu-Yorkda BMT Baş Assambleyasına getməyi və Prezident Co Baydenlə görüşməyi planlaşdırır”, - nəşr yazır.
Telekanal vurğulayır ki, hazırda prezidentlərin görüşünün dəqiq harada keçiriləcəyi məlum deyil. O, Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində və ya Vaşinqtonda Ağ Evdə baş tuta bilər.

Tehsil-press.az


Oxşar xəbərlər