Zelenski payızda “sülh sammiti” keçirmək istəyir

Zelenski payızda “sülh sammiti” keçirmək istəyir Ukrayna Prezidenti Volodimir Zelenski 2023-cü ilin payızında “sülh sammiti” keçirməyə ümid etdiyini bildirib.
Ukrayna hazırda sammitin bu ilin payızında baş tutmasını təmin etmək üçün çalışır.
Ukrayna Prezidenti bildirib ki, sammitə hazırlaşmaq, eləcə də əksər dövlətləri iştiraka cəlb etmək üçün hələ vaxt var.
Qeyd edək ki, Zelenski sentyabrda Nyu-Yorkda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının (BMT) iclasında iştirak edə bilər.

Tehsil-press.az




Oxşar xəbərlər