“Rusiya Zaporojye AES-ə terror hücumu planlaşdırır” - Zelenski

“Rusiya Zaporojye AES-ə terror hücumu planlaşdırır” - Zelenski “Rusiya Zaporojye Atom Elektrik Stansiyasına terror hücumu planlaşdırır”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
O bildirib ki, Rusiya Zaporojye Atom Elektrik Stansiyasında radiasiya sızması da daxil olmaqla terror aktı senarisini nəzərdən keçirir.
Zelenski verdiyi açıqlamada Ukrayna kəşfiyyat və təhlükəsizlik xidmətinin hesabatlarına əsasən bu qənaətə gəldiyini bildirib.
"Kəşfiyyat Rusiyanın Zaporojye Atom Elektrik Stansiyasında radiasiya sızması ilə bağlı terror hücumu senarisini nəzərdən keçirdiyi barədə məlumat verib. Bunun üçün hər şeyi hazırlayıblar”, - deyə Zelenski qeyd edib.
Atom elektrik stansiyalarına qarşı terror hücumlarının əsla heç bir yerdə baş verməməsinin lazım olduğunu vurğulayan Zelenski "Bu dəfə Kaxovka bəndi kimi olmamalıdır. Dünyaya xəbərdarlıq edilib, dərhal hərəkətə keçilməlidir", deyib.

Tehsil-press.az



Oxşar xəbərlər