Serbiyada 371 qeyri-qanuni mühacir saxlanılıb

Serbiyada 371 qeyri-qanuni mühacir saxlanılıb Serbiyada təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyatlar nəticəsində 371 qeyri-qanuni immiqrant saxlanılıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Subotiça, Sombor və Kikinda şəhərlərində həyata keçirilən əməliyyatlarda, həmçinin üç avtomat, iki tapança, 25 pasport və 12 şəxsiyyət vəsiqəsi götürülüb.
Qeyri-qanuni mühacirlərin immiqrasiya mərkəzlərinə aparılacağı və odlu silahların tapıldığı ərazidə araşdırmaların davam etdiyi bildirilib.
Həmçinin təhlükəsizlik qüvvələrinin Subotiçada patrul xidməti həyata keçirəcəyi də qeyd olunub.

Tehsil-press.az


Oxşar xəbərlər