Bir gündə La-Manş boğazını 1300 miqrant keçib.
İngiltərə Müdafiə Nazirliyi mühacirlərin Avropadan İngiltərəyə çatmaq üçün istifadə etdiyi La-Manş boğazından rekord sayda immiqrantın keçdiyini açıqlayıb.
İmmiqrantlar arasında körpə uşaqlar və yeniyetmələr də olub.
2022-ci ilin yanvar-avqust ayları ərzində 22,560 min insan La-Manş boğazını keçib. Ötən il isə ümumilikdə 28 526 min nəfər bu imkandan istifadə edib.
Qeyd edək ki, Böyük Britaniyanın Daxili İşlər Nazirliyi, insan qaçaqmalçılığı və qeyri-qanuni immiqrasiya problemini həll etmək üçün nəzərdə tutulmuş immiqrasiya praktikasının bir hissəsi olaraq ölkəyə qeyri-qanuni yollarla daxil olmuş miqrantları və qaçqınları iyunun 14-də Ruandaya göndərmək planını həyata keçirməyi planlaşdırdığını açıqlamışdı. Lakin Böyük Britaniyanın Ruandaya sığınacaq axtaran şəxsləri göndərəcəyi ilk təyyarənin uçuşu son anda Avropa İnsan Haqları Məhkəməsinin qərarı ilə ləğv edilmişdi. Birləşmiş Millətlər Təşkilatı (BMT) Böyük Britaniyanı bu planı dayandırmağa çağırıb.
Tehsil-press.az