Sərhəddə çoxlu sayda cəsəd tapılıb

Sərhəddə çoxlu sayda cəsəd tapılıb Tunisin qərbindəki Kasrin şəhərinin idarəçiləri tərəfindən yerli mətbuata hadisə ilə bağlı açıqlama verilib. Açıqlamada bildirib ki, bölgədəki təhlükəsizlik qüvvələrinə bir qrup vətəndaşlar tərəfindən meşəlik ərazidə çoxlu cəsəd tapıldığı barədə xəbərlər gəlib. Cəsədlərin qeyri-qanuni miqrantlara aid olduğu aşkar edilib. Mühacirlərin həddindən artıq yorğunluq, aclıq və susuzluqdan öldüyünü təxmin etdiklərini qeyd edən təhlükəsizlik qüvvələri, cəsədlərin dəqiq ölüm səbəblərinin müəyyən edilməsi üçün xəstəxanaya aparıldığını bildirib. Tunis rəsmisi Kasrin Prokurorluğunun hadisə ilə bağlı araşdırma başlatdığını da qeyd edib. Hər il minlərlə afrikalı qeyri-qanuni miqrant daha yaxşı həyat ümidi ilə Aralıq dənizi vasitəsilə Avropaya getmək üçün yolunu Tunisdən salır. Uzun illər Tunisdə mühacir məhəllələrində yaşayan Afrika ölkələrindən olan mühacirlərin bir qismi Avropaya çatmağı bacarır, digərləri isə dənizdə ölür. Xatırladaq ki, Aprelin 27-də Tunisdə dəniz yolu ilə Avropaya çatmağa çalışan qeyri-qanuni miqrantları daşıyan qayığın batması nəticəsində 210 miqrantın cəsədi tapılmışdı.

Tehsil-press.az



Oxşar xəbərlər