Çexiyada xüsusi təyinatlılar qeyri-qanuni miqrantlarla mübarizə aparacaqlar

Çexiyada xüsusi təyinatlılar qeyri-qanuni miqrantlarla mübarizə aparacaqlar Çexiyanın Daxili İşlər Nazirliyi qeyri-qanuni miqrasiya ilə mübarizə aparmaq üçün xüsusi bölmə yaradır.

Bu barədə Tehsil-press.az Çexiyanın "Pravo" qəzetinə istinadən xəbər verir. Xüsusi bölmə Xaricilərlə iş üzrə polis idarəsinin nəzdində 181 polisdən təşkil olunur. Bölmənin əsas vəzifəsi miqrasiya böhranlarının kəskinləşdiyi şəraitdə təhlükəsizliyin və ictimai asayişin təmini və ölkə sərhədlərinin qorunmasıdır.
Xüsusi təyinatlılar Praqa, Brno, Ostrave, Pardubitse şəhərlərində yerləşəcəklər. Onlar həmçinin şengen zonasının xarici sərhədlərini qorumaq üçün Avropa İttifaqının digər ölkələrinə də göndərilə bilərlər.

Tehsil-press.az

Oxşar xəbərlər