Avropa İttifaqı ölkələrinə getmək üçün Bosniya və Herseqovina marşrutuna üstünlük verən qeyri-qanuni miqrantların sayında artım müşahidə olunur.
Bosniya və Herseqovina Xarici Əlaqələr Xidməti keçən il ölkədə 15 min civarında qeyri-qanuni miqrantın olduğunu, cari ilin ötən dövründə isə bu rəqəmin 19 mini keçdiyini açıqlayıb. Son dövrlərdə Bosniya və Herseqovina marşrutunda miqrant axının artdığı, ötən ilin sentyabrında qeydiyyata alınan qeyri-qanuni miqrantların sayının 2135 olduğu, bu ilin sentyabrında isə 4047-ə yüksəldiyi bildirilib.
Rəsmilər mühacirlərin əsasən Afrika ölkələrindən gəldiyini, əraziyə yaxşı bələd olmadıqları üçün Drina çayını keçərkən boğulma hallarının qeydə alındığını vurğulayıblar.
Tehsil-press.az