İran 5 ABŞ vətəndaşını sərbəst buraxdı

İran 5 ABŞ vətəndaşını sərbəst buraxdı Qətər Xarici İşlər Nazirliyi Vaşinqton və Tehran arasında vasitəçilik razılaşmasının həyata keçirilməyə başladığını və bu çərçivədə İranın 5 amerikalını azad etdiyini açıqlayıb.
Qətərin Xarici İşlər Nazirliyində məsul dövlət naziri Məhəmməd bin Əbdüləziz əl-Xəlifi ABŞ-İran məhbusların qarşılıqlı mübadiləsinə dair razılaşmanın icrasının həyata keçirildiyini bildirib.
Onun sözlərinə görə, İran həbsxanalarında olan 5 ABŞ vətəndaşı ABŞ-də saxlanılan bəzi iranlılar müqabilində sərbəst buraxıldıqdan sonra Doha Beynəlxalq Hava Limanına yola düşüblər. Buna baxmayaraq, Xəlifi ABŞ-nin azad etdiyi iranlıların sayı ilə bağlı məlumat verməyib.

Tehsil-press.az


Oxşar xəbərlər