İran və Çin 25 il müddətinə hərtərəfli əməkdaşlıq haqqında sənəd imzalayıblar.
Bu barədə İran Xarici İşlər Nazirliyinin müqavilənin imzalanmasının yekunlarına dair bəyanatında deyilir.
“Bu sənəd İran və Çinin müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, mədəniyyət və digər sahələrdə ikitərəfli əməkdaşlığının imkan və perspektivlərinə toxunur. Biz əminik ki, müqavilə İran və Çinin gələcək inkişafına və hərtərəfli strateji tərəfdaşlığına kömək edəcək, həmçinin iki xalqın rifahına şərait yaradacaq”, - məlumatda qeyd olunub.
Hərtərəfli əməkdaşlıq haqqında saziş Tehranda Çinin xarici işlər naziri Van İ və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif tərəfindən mzalanıb.
Tehsil-press.az