“Sülh danışıqlarının yeni raundunu dəstəkləyirik” - İran XİN

“Sülh danışıqlarının yeni raundunu dəstəkləyirik” - İran XİN “Tehran Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yeni raundunu dəstəkləyir”.
Bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani bildirib.
İranlı diplomat qeyd edib ki, Cənubi Qafqazın Tehran üçün ciddi əhəmiyyəti var.
“İran qonşular arasında fikir ayrılıqlarının aradan qaldırılması üzrə sülh prosesini dəstəkləyir”, - Kənani deyib.
O, həmçinin Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın İrana səfərinə diqqət çəkib. Kənaninin sözlərinə görə, İran və Ermənistan XİN başçıları görüşdə bir sıra sahələrdə əməkdaşlığı müzakirə edəcəklər.

Tehsil-press.az



Oxşar xəbərlər