Böyük Britaniya BMT Təhlükəsizlik Şurasının genişləndirilməsini dəstəklədiyini bəyan edib.
Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Nyu-Yorkda Xarici Əlaqələr Şurasında çıxışı zamanı BMT Təhlükəsizlik Şurasının üzvlərinin sayının artırılmasını dəstəklədiyini bildirib. O qeyd edib ki, Böyük Britaniya Hindistan, Braziliya, Almaniya və Yaponiyanın BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi daxil edilməsini dəstəkləyir. O, həmçinin Afrikanın dünya səhnəsində daha güclü təmsil olunmağa layiq olduğunu vurğulayıb.
Hazırda BMT Təhlükəsizlik Şurası beş daimi üzvdən - Rusiya , Böyük Britaniya, Çin , ABŞ və Fransadan ibarətdir və onların hər biri veto hüququna malikdir. Şuranın on qeyri-daimi üzvü coğrafi əsasda seçilir.
Tehsil-press.az