Ukrayna Rusiyanı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasından (BMT TŞ) və ümumilikdə BMT-dən çıxarmaq üçün hüquqi addımlar atmağa çağırıb.
Açıqlamada 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Rusiyanın o vaxtkı lideri Boris Yeltsinin səyləri sayəsində “qeyri-qanuni” BMT TŞ-yə üzv qəbul edildiyi iddia edilib.
Bəyanatda qeyd olunub ki, Rusiya Federasiyası BMT Nizamnaməsi ilə müəyyən edilmiş prosedurlardan yan keçərək BMT Təhlükəsizlik Şurasının daimi üzvü olub. Rusiyanın BMT üzvünə yaraşmayan “hücum siyasəti” yürütdüyü vurğulanan açıqlamada, “Rusiya Federasiyasının hərəkətləri dinclik anlayışına ziddir” ifadəsi işlədilib.
Bəyanatda Rusiyanın 1991-ci ildən bu yana 31 dəfə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə veto qoyduğu bildirilərək BMT-yə üzv dövlətlərə Rusiyanın BMT Təhlükəsizlik Şurasının və ümumilikdə BMT-dən çıxarılması üçün lazımi hüquqi addımların atılması çağırışı edilib.
Tehsil-press.az