Pentaqon: 30-dan çox ölkə 84 min ukraynalı hərbçiyə təlim keçib

Pentaqon: 30-dan çox ölkə 84 min ukraynalı hərbçiyə təlim keçib Rusiyanın təcavüzü başlayandan bəri Ukraynanın 84 minə yaxın hərbçisi 30-dan çox ölkədə təlim keçib.
Təkcə ABŞ-da “Strykers” zirehli transportyorlarını, piyadaların “Bradley” döyüş maşınlarını və digər texnikanı idarə etməyi bacaran 15 tabor formalaşdırılıb.
Qeyd edək ki, ABŞ yaxın zamanlarda Ukraynaya 31 ədəd “Abrams” tankı göndərəcək. Bu tankların idarə olunması üzrə təlimlər Birləşmiş Ştatların Almaniyadakı “Grafenwöhr” bazasında keçirilir. Bundan başqa, Kiyev Danimarkadan “Leopard” və T-72 tankları da alacaq. Lakin payız yağışları Vaşinqtonun Ukraynaya tədarük etdiyi “Abrams” tanklarının və digər texnikaların hərəkətini çətinləşdirə bilər.

Tehsil-press.az



Oxşar xəbərlər