Payız semestrində təhsil krediti alan tələbələrin sayı açıqlanıb

Payız semestrində təhsil krediti alan tələbələrin sayı açıqlanıb Cari tədris ilinin payız semestrində təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edənlərin statistikası açıqlanıb.
Payız sessiyası ərzində 6632 tələbə kredit almaq üçün müraciət edib. Onlardan 1141 nəfərin müraciəti natamam olub, 685 nəfərin müraciəti emal mərhələsindədir. Habelə 553 nəfərin müraciətinə imtina cavabı verilib, 299 nəfərin müraciəti isə banka yönləndirilib.
Payız sessiyası üzrə 3954 nəfərə TTK verilib. Onların arasından 1291 nəfərin müraciəti sosial TTK, 2663 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.

Tehsil-press.az



Oxşar xəbərlər