Təhsil tələbə kreditindən faydalanan tələbələr arasında qadınlar üstünlük təşkil edir

Təhsil tələbə kreditindən faydalanan tələbələr arasında qadınlar üstünlük təşkil edir Təhsil tələbə kreditindən faydalanan tələbələr arasında qadınlar üstünlük təşkil edir.
Bunu Təhsil Tələbə Krediti Fondunun HR Forumunda İdarə Heyətinin sədri Araz Paşayev deyib.
Onun sözlərinə görə, bu günədək TTK almaq üçün 18 min 269 nəfər müraciət edib: “Müraciət edənlər arasında 9827 nəfər qadın, 8441 nəfər isə kişi yer alır. Ümumilikdə 12 min 467 nəfərin müraciəti rəsmiləşdirilib. Onlardan 4643 nəfərin müraciəti sosial TTK, 7824 nəfərin müraciəti isə standart TTK olaraq qeydə alınıb”.
Araz Paşayev əlavə edib ki, 2022-2023-cü tədris ilinin payız semestrində ən çox TTK alan ilk üç universitet sırasında Azərbaycan Dövlət İqtisad Universiteti, Gəncə Dövlət Universiteti və Bakı Dövlət Universiteti yer alır.

Tehsil-press.az

Oxşar xəbərlər