Koçaryanın oğlu həbs olundu

Koçaryanın oğlu həbs olundu Ermənistanın ikinci Prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryan 1 ay müddətinə həbs olunub.
Bu barədə məlumatı onun vəkili Aleksandr Koçubavev açıqlayıb.
Məlumata görə, Levon Koçaryan İrəvanda hökumət əleyhinə keçirilən etiraz aksiyası zamanı polisə qarşı zorakılıq etməkdə təqsirli bilinib.
Onunla bağlı keçirilən məhkəmə iclası 9 saat davam edib.
Xatırladaq ki, L.Koçaryan sentyabrın 22-si saxlanılıb. O, 4 polis əməkdaşını döyməkdə ittiham olunub.

Tehsil-press.az


Oxşar xəbərlər