London aeroportunda dispetçer çatışmadığından 64 aviareys ləğv olunub

London aeroportunda dispetçer çatışmadığından 64 aviareys ləğv olunub Böyük Britaniyada yüklənməsinə görə ikinci hava limanı olan Londonun “Gatwick” aeroportunda hava hərəkətinin idarə edilməsi xidməti əməkdaşlarının çatışmazlığı səbəbindən 164 aviareys ləğv olunub və uçuşların sayına məhdudiyyətlər tətbiq edilib.
Yaranmış vəziyyətlə əlaqədar həftə sonunadək aeroport gün ərzində yalnız 800-dək reysə xidmət göstərəcək.
Aeroportda dispetçerlərin işi əməkdaşlarının üçdəbirinin xəstəliklə bağlı işə çıxmadığı Milli Hava Hərəkəti Xidməti (NATS) tərəfindən təşkil olunacaq.
NATS yay mövsümünün böyük hissəsində işçi çatışmazlığı ilə qarşılaşıb ki, bu da dəfələrlə reyslərin təxirə salınması və ləğv olması ilə nəticələnib. Bundan başqa, avqustun sonlarında xidmətin sistemlərində aviasiya əlaqəsində problemlərə səbəb olan texniki nasazlıq baş verib.

Tehsil-press.az


Oxşar xəbərlər