Almaniyada bir sıra hava limanlarında bütün uçuşlar təxirə salındı

Almaniyada bir sıra hava limanlarında bütün uçuşlar təxirə salındı Almaniyanın “Lufthansa” aviaşirkəti tətil səbəbilə Frankfurt və Münhen hava limanlarından sabaha planlaşdırılan bütün reyslərin ləğv edildiyini bildirib.
Bu hava limanlarından olacaq 1300 reys ləğv edilib.
Buna görə digər hava limanlarında müxtəlif istiqamətlərdə reyslərin ləğvi və gecikmələri də gözlənilir.
“Lufthansa”dan verilən açıqlamada, ləğvlərdən təsirlənən sərnişinlərin əvvəlcədən məlumatlandırıldığı və sərnişinlərə alternativ rezervasiya təkliflərinin olduğu qeyd edilib.
Açıqlamada, 18 fevral 2023-cü il şənbə günündən etibarən hava limanlarında müntəzəm uçuş əməliyyatlarının normala dönəcəyi bildirilib.

Tehsil-press.az

Oxşar xəbərlər