Böyük Britaniya hava limanlarında 150-dən çox reys təxirə salınıb

Böyük Britaniya hava limanlarında 150-dən çox reys təxirə salınıb Böyük Britaniyanın paytaxtı Londondakı hava limanlarında sıxlıq səbəbindən uçuşlar təxirə salınıb.
Londondakı Qətvik və Hitrou hava limanlarından planlaşdırılan 150-dən çox reys hava limanlarında yaranan sıxlıq səbəbindən ləğv edilib.
Böyük Britaniyanın aparıcı aviaşirkətlərindən biri olan “British Airways” Hitrou hava limanından ən azı 124 istiqamətə qısamüddətli uçuşların ləğv edildiyini açıqlayıb. “EasyJet” aviaşirkəti isə Qatvik hava limanından ən azı 31 reysi ləğv etdiyini bildirib.
Ləğv edilən reyslər arasında Bolonya, Barselona, Praqa, Krakov və Edinburq kimi Avropa şəhərlərinin olduğu bildirilib.
Həmçinin “TUI Airways” iyun ayında Mançester Hava Limanından təxminən 200 uçuşu ləğv edəcəyini elan edib.
Qeyd edək ki, məktəblərin mövsümü tətilə çıxması, Platin yubiley bayramı və işçi çatışmazlığı səbəbindən hava limanları uçuş tələblərini yerinə yetirməkdə çətinlik çəkir.
Nəqliyyat naziri Qrant Şaps aviaşirkətlərə işçi heyətinin olmadığı uçuşlar üçün bilet satışını dayandırmağı tövsiyə edib.
Aviaşirkət rəsmiləri isə COVID-19 epidemiyasından sonra kadr toplamaqda çətinlik çəkdiklərini iddia ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər