Azərbaycan və Ukraynanın ümumi təhsil müəssisələri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan və Ukraynanın ümumi təhsil müəssisələri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Ukraynanın İrpen şəhəri akademik Zərifə Əliyeva adına humanitar Linqvist liseyinin direktoru Valentina Antonenkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüş zamanı Azərbaycan və Ukraynanın ümumi təhsil müəssisələri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub, müasir təhsilin inkişaf istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə Linqvist liseyi ilə Bakı şəhəri akademik Zərifə Əliyeva adına lisey və Naxçıvan Muxtar Respublikası akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbi arasında əməkdaşlığa dair sənədlərin imzalanacağı yüksək qiymətləndirilib.
Qeyd edək ki, səfər çərçivəsində Bakı şəhəri 6 nömrəli məktəb-lisey, akademik Zərifə Əliyeva adına lisey, Heydər Əliyev adına Müasir Təhsil Kompleksi ilə tanışlıq nəzərdə tutulub. Qonaqların, həmçinin Naxçıvan Muxtar Respublikasına səfəri planlaşdırılır.

Tehsil-press.az



Oxşar xəbərlər