Azərbaycan və Qazaxıstanın ümumtəhsil müəssisələri arasında əməkdaşlığın qurulmasına dair müzakirələr aparılıb

Azərbaycan və Qazaxıstanın ümumtəhsil müəssisələri arasında əməkdaşlığın qurulmasına dair müzakirələr aparılıb Qazaxıstanın aparıcı ümumi təhsil müəssisələrindən biri olan “Nazarbayev İntellektual Məktəbləri”nin nümayəndə heyəti ölkəmizdə səfərdədir.
Səfər çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev nümayəndə heyəti ilə görüş keçirib. Görüş zamanı “Nazarbayev İntellektual Məktəbləri” ilə Azərbaycanın ümumi təhsil müəssisələri arasında birbaşa əlaqələrin qurulması ətrafında fikir mübadiləsi aparılıb, bu barədə təkliflər səsləndirilib.
Nümayəndə heyəti, həmçinin Bakı şəhərində yerləşən 20 nömrəli məktəb-lisey, Fizika, riyaziyyat və informatika təmayüllü lisey, Bülbül adına orta ixtisas musiqi məktəbi və Bakı Avropa Liseyində olub. Görüşlər zamanı “Nazarbayev İntellektual Məktəb”ləri ilə yerli ümumi təhsil müəssisələri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub, təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb. Qonaqlar ümumi təhsildə həyata keçirilən “STEAM”, “Rəqəmsal bacarıqlar” layihələri barədə ətraflı məlumat əldə ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər