5 aprel 2016-ci il tarixində Azərbaycan Dillər Universitetində (ADU) universitetin Fransız dili kafedrasının dosenti Gülnarə Sadıxovanın təşkilatçılığı ilə “Frankofoniya həftəsi”nə həsr olunan Mirzə Fətəli Axundovun “Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur” adlı pyesi əsasında fransız dilində tamaşa səhnələşdirildi.
Tədbirdə ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Jalə Qəribova, Tərbiyə işləri üzrə prorektor, professor Ələddin Əliyev, Pedaqoji (ingilis dili-fransız dili) fakültənin dekanı, dosent Vəfa Babayeva, Filologiya və jurnalistika fakültəsinin dekanı, professor Sevda Vahabova, Fransanın Azərbaycandakı səfirliyinin nümayəndələri, universitetin profesor-müəllim və tələbə heyəti iştirak edirdi.
İlk öncə son günlərdə cəbhədə baş verən gərgin hadisələrdə həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra tələbələr Azərbaycan əbəbiyyatında özünəməxsus yeri olan yazıçı-dramaturq M. F.Axundovun həyat və yaradıcılığı haqqında fransız dilində ümumi məlumat verdilər.
Daha sonra tələbələrin ifasında dramaturqun “Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur” pyesi fransız dilində tamaşaya qoyuldu.Sonda dosent Gülnarə Sadıxova tamaşanın həyata keçirilməsinə dəstək olan hər kəsə təşəkkürünü bildirdi.
Fransanın Azərbaycandakı səfirliyinin Əməkdaşlıq və mədəniyyət üzrə atteşesi Vinsan Loranzini Bakıda keçirilən “Frankofoniya həftəsi” haqqında məlumat verərək universitetdə belə tədbirlərin keçirilməsini yüksək qiymətləndirdi./ada.edu.az
tehsil-press.az