ADU-da Çin Stolüstü Oyunlar Klubu açılıb

ADU-da Çin Stolüstü Oyunlar Klubu açılıb Azərbaycan Dillər Universitetində (ADU) Çin Stolüstü Oyunlar Klubu fəaliyyətə başlayıb.
ADU-nun Konfutsi İnstitutunun müəllimləri uşaqlara Çin dilini əyləncəli üsulla öyrədilməsi metodik yanaşmasına və onların Çin dilini bilmə səviyyəsinə uyğun olaraq bir sıra müxtəlif növ uşaq intellektual stolüstü oyunlar hazırlayıblar.
Çin dilində keçirilən maraqlı “Pişiklər planeti”, “Mən deyə bilmərəm və göstərə bilmərəm” və digər oyunlar uşaqlara şifahi ünsiyyətdə maneələri dəf etməyə, real ssenarilərdə öz leksikonunu genişləndirməyə və Çin qrammatikası və heroqliflər üzrə biliklərini təkmilləşdirməyə kömək edib.
Konfutsi İnstitutunun direktoru Rafiq Abbasovun qeyd etdiyi kimi, ənənəvi Çin uşaq intellektual oyunları Çin mədəniyyətinin ayrılmaz hissəsi olmaqla, öyrənmə ilə sıx bağlıdır, uşaqların dünyagörüşünü və intellektini genişləndirir.
Uşaqlar üçün müxtəlif Çin tapmacaları Konfutsi İnstitutunun tələbələrinin dil biliklərini inkişaf etdirməyə və uşaqların Çinin tarixi və mədəniyyəti ilə tanış olmasına kömək edir.

Tehsil-press.az



Oxşar xəbərlər