“Azərbaycan və Çin intellektual oyunları” adlı tədbir keçirilib

“Azərbaycan və Çin intellektual oyunları” adlı tədbir keçirilib Azərbaycan Dillər Universiteti (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda “Azərbaycan və Çin intellektual oyunları” adlı tədbir keçirilib.
Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov qeyd edib ki, intellektual oyunlar, xüsusən də şahmat Azərbaycanda qədim tarixə malikdir. Bu oyun haqqında fəlsəfi fikirlər böyük şairlər olan Xaqani, Nizami, Nəsimi, Füzuli, Məhsəti Gəncəvinin əsərlərində öz əksini tapıb, həmçinin qədim Orta Asiyadakı ən yaxşı şahmat oyunu ilə tanınan Cəlaləddin Naxçıvani ilk görkəmli Azərbaycan şahmatçısı olub.
R.Abbasov şahmatın xalqın intelektual inkişafındakı yerini yüksək qiymətləndirən, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şahmatın inkişafında oynadığı əvəzsiz rolunu xüsusi qeyd edərək, onun “Şahmat insanı təmizləyən və kamilləşdirən idman növüdür” sözlərini yada salıb.
Tədbirdə çıxış edən ADU-nun çinşunaslıq ixtisası üzrə təhsil alan tələbələri ənənəvi Çin intellektual oyunlardan – Veytsi (Qo), Çin şahmatının (Siançi) və Madjon tarixi, qayda və variantları, istifadə olunan fiqurları barədə danışıblar. Çin mədəniyyətinin simvolu və Konfutsiçilik prinsiplərinə əsaslanan ənənəvi sənət nümunəsi sayılan bu oyunlar məntiq, strateji düşüncə, dözümlülük və gözəllik hissi yetişdirməyə xidmət edir.

ADU-nun Mətbuat Xidməti


“Azərbaycan və Çin intellektual oyunları” adlı tədbir keçirilib
“Azərbaycan və Çin intellektual oyunları” adlı tədbir keçirilib
“Azərbaycan və Çin intellektual oyunları” adlı tədbir keçirilib

Oxşar xəbərlər