ADU-nun Konfutsi İnstitutu uşaqlar üçün maarifləndirici-əyləncəli tədbir keçirib

ADU-nun Konfutsi İnstitutu uşaqlar üçün maarifləndirici-əyləncəli tədbir keçirib Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutu Bakının “İndiqo” uşaq bağçasında “Şən panda ilə Çinə səyahət” adlı maarifləndirici-əyləncəli tədbir keçirib.
Konfutsi İnstitutunun əməkdaşı Firəngiz Mahmudzadə və “İndiqo”nun rəhbəri Ülviyyə Həsənova Çində uşaqların həyatından danışıb, Çin xəttatlığı və kağızdan naxışlar - “Tszyançji” kəsmə dərsləri keçiriblər. Onlar uşaqlara Çin gimnastikasının və xalq rəqsinin bəzi elementlərini öyrədib, ölkənin ənənəvi geyimlərinin nümunələrini nümayiş etdiriblər.
Tədbirdə Çin musiqisi və mahnıları səsləndirilib, uşaqlar üçün əyləncəli müsabiqələr keçirilib.
Konfutsi İnstitutunda azərbaycanlı məktəblilər üçün Çin dili və mədəniyyəti kursları ilə yanaşı, Çin dili qrupları da təşkil olunur. İnstitutun direktoru Rafiq Abbasov qeyd edib ki, fərdi yanaşma əsasında məktəbəqədər uşaqlar üçün dərslər oynaq, interaktiv formada Çin dilində keçirilir. Uşaqlar Çin cizgi filmlərinə baxır, nağıllarına qulaq asır, bu ölkənin dilini və mədəniyyətini öyrənirlər.

Tehsil-press.az



Oxşar xəbərlər