Şeyx Misirə gedir

Şeyx Misirə gedir Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Misir Ərəb Respublikasına səfərə yola düşür.
Səfər Misirin baş müftisi Şövqi Əllamın dəvəti ilə həyata keçirilir. A. Paşazadə 18-19 oktyabr tarixlərində Qahirə şəhərində keçiriləcək Dünya Fətva Heyətləri Baş Katibliyinin Forumunda iştirak və məruzə ilə çıxış edəcək.
Qahirə Forumunda bu il Dünya Fətva Heyətləri Baş Katibliyininin nüfuzlu “İmam Qürafi mükafatı”na layiq görülmüş A. Paşazadənin təltifolunma mərasimi baş tutacaq.
Səfər çərçivəsində QMİ sədri üzvü olduğu Beynəlxalq Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhəri Şərifin baş imamı Şeyx Əhməd ət-Təyyib ilə və Misir dövlətinin rəsmiləri ilə görüşlər keçirəcək.

Tehsil-press.az

Oxşar xəbərlər