Şeyx Yuta ştatının vitse-qubernatoru ilə görüşdü

Şeyx Yuta ştatının vitse-qubernatoru ilə görüşdü Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ABŞ-yə səfəri çərçivəsində Yuta ştatının vitse-qubernatoru Deydre Hendersonla görüşüb.
Bu barədə vitse-qubernator tviter səhifəsində yazıb.
Bildirib ki, doğrudan da, Azərbaycan belə böyük dinlərarası nümayəndə heyətini Kapitolidə (Yuta ştatındakı – red.) salamlamaq onun üçün şərəf idi:
"Biz azərbaycanlı dostlarımızı və onların dini azadlıqlara sadiqliyini çox yüksək qiymətləndiririk”.
Qeyd edək ki, fevralın 27-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və onun başçılıq etdiyi nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarına səfərə yola düşmüşdü.

Tehsil-press.az

Oxşar xəbərlər