“Mən heç yerə getmirəm, istefa vermirəm” - Zurabişvili

“Mən heç yerə getmirəm, istefa vermirəm” - Zurabişvili Gürcüstan Prezidenti Salome Zurabişvili Konstitusiya Məhkəməsinin impiçmentlə bağlı qərarına baxmayaraq, istefaya getməyəcəyini açıqlayıb.
Gürcüstanın dövlət başçısı bununla bağlı televiziya çıxışında danışıb.
“Mən heç yerə getmirəm, istefa vermirəm. Mən olduğum yerdə qalacağam. Ölkəmizin Avropa gələcəyi və demokratiya üçün mübarizə aparacam”, - deyə Zurabişvili deyib.
O, açıqlamasında hökmdən üzüldüyünü və hakimlərin utanmalı olduğunu vurğulayıb. Prezidentin sözlərinə görə, o, deputatların onun istefasının lehinə və ya əleyhinə səs verəcəyi parlament iclasında iştirak etmək niyyətindədir.
Qeyd edək ki, bundan əvvəl respublikanın hakim partiyası olan “Gürcü arzusu” partiyası Zurabişviliyə qarşı impiçment prosesinin başlanması üçün məhkəməyə ərizə təqdim etmək üçün səs toplamağa başlayıb. Oktyabrın 16-sı ölkənin Konstitusiya Məhkəməsi Zurabişvilinin hökumətin qadağasına zidd olaraq xaricə səfər edərək qanunu pozmasını tanıyıb. Bu qərar impiçment proseduruna başlamağa imkan verir.

Tehsil-press.az




Oxşar xəbərlər