İordaniya kralı II Abdullah İsrail və HƏMAS arasında münaqişənin digər ölkələrə yayılacağı təqdirdə Yaxın Şərqdə “kritik vəziyyət” yaranacağı barədə xəbərdarlıq edib, “Asharq Al-Awsat” qəzeti yazır.
Berlində Almaniya kansleri Olaf Şolzla görüşdən sonra Abdullah deyib: “Bütün region uçurumun astanasındadır. Bunun baş verməməsi üçün hər cür səy göstərməliyik".
Bu gün İsrailə səfər etməyi planlaşdıran Şolz, həmçinin mümkün gərginliyə qarşı xəbərdarlıq edib.
“Bizim ümumi məqsədimiz regionda münaqişənin eskalasiyasının qarşısını almaqdır”, - Şolz bildirib.
“The Times of Israel” yazır ki, Şolz keçən həftə HƏMAS İsrailin 75 illik tarixində ən qanlı hücumu həyata keçirdikdən sonra İsrailə səfər edən ilk hökumət başçısı olacaq.
Tehsil-press.az